Rusiyada son bir gündə daha 9 284 nəfərə COVID-19 diaqnozu qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 466 153 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 361 nəfər artaraq 95 391-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 077 185 nəfər sağalıb.