Türkiyəli müğənni Aleyna Tilki ilə Demet Akalın arasında mübahisə bitmək bilmir. Rol aldığı serialla bağlı Tilkini tənqid edən Akalına cavab gecikməyib.
Unikal.org xəbər verir ki, "İşte bu benim masalım" adlı serialda rol alan ifaçı Demetin "Dünya ulduzu olacağam dedi, amma uşaq serialında oynayır. Kimsə mənə dəstək olmur deyir, olsaq nə olacaq? Bizə heç kim dəstək olmadı. İlk vaxtlarda ona dəstək olurdum" sözlərinə əhəmiyyət vermədiyini açıqlayıb.
Tilki "Çox dəstək gördüm, inanılmaz dərəcədə. Yaxşı işdən və musiqidən başı çıxan və nə qədər bacarıqlı bir komanda ilə çalışdığımı dərk edən insanlar mənə dəstək oldu" deyərək, Demetə söz atıb.
Aleyna ekran işindən 2 milyon lirə qazanıb. Müğənni bunla bağlı sualları isə cavabsız qoyub.