Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında videoformatda görüş keçirilib.

Unikal.org xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.

Bildirilib ki, tərəflər görüşdə iki ölkə arasındakı əlaqələrin inkişafı ilə bağlı məsələlərə toxunublar. Türkiyənin Avropa İttifaqı ölkələri ilə münasibətləri və regional məsələlər müzakirə edilib.