ABŞ vətəndaşı olan Corey Bennettin görüntüləri sosial mediada gündəmə səbəb olub.

Unikal.org xəbər verir ki, körpücük sümüyü olmadığından o, asanlıqla çiyinlərini bir-birinə yaxınlaşdırır.  Hətta gənc sanki, əllərini çırparaq kimi, çiyinlərini çırpır.

Həmin görüntüləri sosail mediada paylaşan Corey izləmə rekordu qırıb.  Belə ki, gənc "Kleidokranial displazi" adlanan xəstəliklə dünyaya gəlib.  

Qeyd edək ki, ABŞ-da nadir xəstəlikləri araşdıran "Rarediseases.org" saytına görə, bu vəziyyət təxminən 1 milyondan birində görülür.