Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis mayoru intihar edib.

Unikal.org xəbər verir ki, o, Tbilisidəki evinin həyətində pnevmatik silahı ilə özünü öldürüb.

Hadisənin səbəbləri məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.