Böyük Britaniyada “Royal Navy Hawk T1” reaktiv təyyarəsi qəzaya uğrayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Kornvalda tarlaya düşüb.

Hadisə zamanı təyyarədə iki pilot olub. Onlar xilas ediliblər. Pilotlara tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər.

Qəzaya səbəb kimi mühərrikdə nasazlığın olması göstərilib.