Yevgeni Lukyanov Rusiyanın Belarusdakı səfiri təyin edilib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Bu təyinata qədər Lukyanov Rusiyanın Latviyadakı səfiri olub.

Qeyd edək ki, son iki ildə Rusiyanın Belarusdakı səfiri vəzifəsini Dmitri Mezentsev icra edib. O, bir neçə gün əvvəl vəzifəsindən azad olunub.