Ermənistanda son sutkada daha 1 005 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 188 446-ya çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 3 434-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 876 nəfərdir. İndiyədək 170 160 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 13 976 aktiv koronavirus xəstəsi var.