Rusiyada son sutkada daha 9 167 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 501 859 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 405 nəfər artaraq 97 017-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 120 161 nəfər sağalıb. 284 681 pasiyentin müalicəsi davam edir.