Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin Vuhan şəhərinə səfər əsasında məruzə hazırlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu təşkilatın Çinə səfər edən mütəxəssislərdən ibarət nümayəndə heyətinin başçısı açıqlayıb.

Səfərin məqsədi koronavirusun yarandığı mühitin araşdırılması olub. Onun sözlərinə görə, tezliklə məruzə ictimaiyyətə təqdim ediləcək.