Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze xəstəxanaya yerləşdirilib.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, K.Kaladze bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Tbilisi meri qeyd edib ki, ona arteriyalarda qan axınının zəifləməsi səbəbindən beyin funksiyasının pozulması diaqnozu qoyulub. K.Kaladze məsafədən vəzifəsinin icrasına davam etdiyini də bildirib.