Deputatlığı dövründə anası Bəsirə Əliyevanın ona qarşı iddiaları ilə gündəmə gələn Sona Əliyevanın qardaşı Adil Əliyev vəzifədən çıxarılıb.

Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Adil Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.