Ağdamın simvolu hesab olunan məşhur çay evinin ermənilər tərəfindən necə məhv edildiyini əks etdirən görüntülər yayılıb.

Unikal.org xəbər verir ki, ərazidə olan rayon sakinləri çay evinin xarabalığa çevrildiyinin şahidi olublar. Onlar ərazini tanıya bilməyiblər. 

Qeyd edək ki, Çay evi Azərbaycan SSR KP MK-nın Ağdam Rayon Partiya Komitəsinin I katibi Sadıq Murtuzayevin zamanında akademik Xudu Məmmədovun ideyası əsasında yaranıb. Çay evi layihəsinin baş memarı Naiq Səmədovdur. Layihədə hörgü işləri yalnız birinci mərtəbədə olub. Qalan hissələr dəmir konstruksiyadan ibarət idi. Çay evini məscidin yaxınlığında tikilməsi qərara alınıbİnşaat xərclərini azaltmaq üçün azadlıqdan mərhum edilmiş şəxslərin əməyindən istifadə edilib. 1986-cı ilin iyulun 26-da  Çay evinin açılışı keçirilib. 1993-cü ildə  Çay evi  Ermənistan Silahlı Qüvvələri tərəfindən yandırılaraq məhv edilib.