ABŞ-ın “Northwestern” xəstəxanasının həkimləri Covid-19-dan sağalan gənclər üzərində tədqiqatlar aparıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalar zamanı virusu ağır simptomlarla keçirən şəxslərdə nevroloji problemlər ortaya çıxıb.

Təcrübələrə qatılan insanların yüzdə 85%-də “Beyin dumanı”(konsentrasiyanın pozulması, danışma çətinliyi kimi simptomlarla özünü göstərir), “Dad və qoxu bilmə qabiliyyətinin itirilməsi”, “Baş ağrısı”, “Bulanıq görmə” kimi patalogiyalar müşahidə edilib. Bundan əlavə xəstələrin 85%-də yorğunluq, yüzdə 47%-də isə depressiya olduğu müəyyən edilib.

Bütün bu simptomlar gənclərin iş qabiliyyətinə mənfi təsir edib. Sınaqlarda iştirak edənlərin 70%-i qadınlar olub.