Texnologiya nəhəngi "Microsoft" və Amerika ordusu arasında 21,3 milyard dollarlıq  müqavilə imzalanacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  "Microsoft"la Amerika ordusu arasındakı razılaşmaya əsasən, "Microsoft"un ABŞ ordusu üçün 120 mindən çox "HoloLens"eynəyi istehsal edəcəyi qeyd edilib. Xüsusi eynəklərin ABŞ-da istehsal ediləcəyi bildirilib.