Türkiyənin vitse-prezidenti Fuad Oktay Afrikaya gedib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, F.Oktay Nigerə səfər edib.

Vitse-prezident burada Nigerin baş naziri Briqi Rafini ilə görüşüb. F.Oktay həmçinin ölkənin yeni seçilmiş prezidenti Məhəmməd Bazumun andiçmə mərasiminə qatılacaq.