"Azərbaycanda Türkiyənin işgüzar dairələri geniş təmsil olunur, ölkədə türk şirkətlərinin sayı getdikcə artır".
Unikal.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair "Dəyirmi masa"da bildirib.
Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 4 200-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir: “Bu göstərici üzrə Türkiyə birinci yerdə qərarlaşıb. Eyni zamanda, Türkiyə şirkətləri Azərbaycanda dövlət büdcəsi vəsaiti hesabına keçirilən və dəyəri 16,3 milyard ABŞ dolları olan 300-dən layihədə çox podratçı qismində iştirak edərək bu sahədə də liderliyini saxlayır”.