ABŞ-ın Alabama ştatının Taskalusa şəhərində baş vermiş silahlı insident zamanı azı beş nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, bu barədə “CNN” telekanalı yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, atışma gecə klubunun girişində baş verib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Telekanal insidentə görə polisin bir neçə şübhəlini saxladığını bildirir.