2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5,8 faiz səviyyəsində proqnozlaşdırılır.
Unikal.org xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" hesabatında qeyd olunub.
Hesabatda qeyd olunur ki, 2019-cu ildə bu göstərici 6,5 faiz təşkil edib.
BVF 2022-ci ildə Azərbaycanda işsizlik səviyyəsinin 5,7 faizədək azalacağını proqnozlaşdırır.
Eyni zamanda BVF proqnozlarına əsasən, Azərbaycanda ümumi daxili məhsul 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz artacaq (trend).