Ermənistanda son sutka ərzində daha 650 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 202 817 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 15 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3735-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 952 nəfərdir. Aktiv xəstələrin sayı 16 167 nəfər təşkil edir.