Litvanın xarici işlər naziri Qabrielyus Landsberqisin regiona səfəri nəzərdə turulub.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Məlumata əsasən, çoxdan planlaşdırılan regional tur çərçivəsində XİN başçısı Gürcüstanla yanaşı, Azərbaycan və Ermənistana da səfər edəcək.
XİN-dən litvalı diplomatın Gürcüstana səfəri ilə bağlı hazırlıq işlərinin aparıldığı qeyd olunub.