Oğru elə bağırdı ki...
11:36 31-01-2013
CƏMİYYƏT
Oğru elə bağırdı ki...
Generallar və zabitlər siyasi kampaniyaya başladılar
Sıravi əsgər Qubad Hüseynovun öldürülməsi faktının Azərbaycan ictimaiyyətində doğurduğu geniş rezonans və ardınca da gənclərin Bakı şəhərində "Əsgər ölümünə son!" aksiyasına çıxması əvvəlcə ordu zabitlərini şoka saldı və onlar, necə deyərlər, abırlarına qısılıb səslərini içlərinə saldılar. Bir xeyli müddət dinmədilər. Çünki cəmiyyət onların göllərinə daş atmışdı və susmalıydılar.
Necə də susmayaydılar? Orduda "həftə səkkiz, mən doqquz" qətllər baş verir, homoseksualizm faktları qeydə alınır, əsgərlər nahaqdan döyülür və şikəst edilir. Bunu kim, kim bilməsə də, sözügedən sayın ordu zabitləri çox gözəl bilirlər. Çünki bu cinayətlər onların gözləri qabağında və yaxud da onların əlləri ilə baş verir. Və həmin əllər indi də gurultulu bir bəyanata imza atıblar. Sən demə, Azərbaycan Ordusu dünyanın və bölgənin ən nümunəvi ordularından biriymiş. Və kar, kor Azərbaycan xalqının da bu dəbdəbəli və cah-cəlallı gerçəklikdən xəbəri yoxuymuş.
Qayıdaq mətləbə...
Ötən həftə Azərbaycan Ordusunun bir qrup zabitinin bəyanatına yeni hərbi qulluqçular qoşulub. Oxucuların yaddaşını təzələmək üçün qeyd edək ki, həmin bəyanatda xüsusi vurğulanırdı: "Münasibətimiz bir qədər sərt səslənsə də, ancaq deməliyik ki, onların qarayaxmaları, gerçəkdən uzaq fikirləri, orduya qarşı anlaşılmaz hücumları qarşısında başqa ifadələr tapmaqda çətinlik çəkirik. Hazırda açıq dünyada yaşayırıq. Bu şəxslər unudurlar ki, onların hər hansı yanlış və uydurma mülahizələrindən düşmən məharətlə istifadə edir. Bunlar kimə lazımdır? Nə üçün adlarını "hərbi ekspert" qoyan bəzi adamlar bu cür antimilli və antidövlət çağırışlara imza atırlar?! Biz bundan çox üzülürük. Axı ordumuz onların qələmə verdiyi şəkildə deyil. Son illər baş verən tərəqqini görməmək və yaxud görüb onu qiymətləndirməmək ən bağışlanılmaz haldır. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Ali Baş Komandanımız cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesinin konkret nəticələrini biz öz həyatımızda, gündəlik xidməti fəaliyyətimizə aydın hiss edir və duyuruq".
(Kiçik bir arayış: mərhum ümummilli lider, dünya şöhrətli siyasətçi Heydər Əlıiyev, həqiqətən də, Azərbaycan üçün böyük işlər görüb və onun bu dövlət üçün etdiyi ən böyük işlərdən biri də ordu quruculuğu idi. Mərhum Prezident hələ sovetlərin zamanında çalışırdı ki, Azərbaycanın sovet ordusunda öz milli zabitləri olsun. Amma o böyük dövlət xadimi istəmirdi ki, bu milli kadrlar sıravi əsgəri döyən, öldürən və zorlayan zabitlərə çevrilsinlər!)
Ehtiyatda olan Zabitlər Birliyinin rəhbəri Yaşar Cəfərlinin "Unikal"a bildirdiyinə görə, "Zabitlər həmin bəyanatı imzalamaqla qanun pozuntusuna yol verirlər. Çünki Müdafiə Nazrliyinin əsasnaməsinə görə, xidmətdə olan zabit heç bir kollektiv bəyanata imza atmamalı və siyasi kampaniyada iştirak etməməlidir. İndi təsəvvür edin ki, başqa bir qrup da ordu ilə bağlı imzatoplama kampaniyasına başlasa, onlar dərhal reaksiya verəcəklər ki, imza toplayanlar qanunu pozurlar".
Cəfərlinin sözlərinə görə, "Sıravi əsgər Hüseynovun öldürülməsindən sonra cəmiyyətin verdiyi reaksiya Müdafiə Nazirliyini şoka saldı. Onlar elə bilirdilər ki, cəmiyyət yenə də sıravi əsgərin ölümünə laqeyd yanaşacaq. Amma belə olmadı. Və proseslərin gedişindən xoflanan nazir Səfər Əbiyev kreslosunu itirəcəyindən qorxaraq öz tərəfdarlarının vasitəsilə bu kampaniyaya rəvac verib və bu işin başında o durur. Səfər Əbiyevin məsələni siyasiləşdirməyə çalışmasını anlamaq olmur və mənə elə gəlir ki, onun əks-hücum taktikası yanlışdır. Generala yaraşan hərəkət deyil".
Ekspertin dediyinə görə, "Sıravi əsgərin öldürülməsinə hakim partiya YAP da kəskin şəkildə reaksiya verərək bildirdi ki, Müdafiə Nazirliyi öz işlərinə məsuliyyətlə yanaşmalıdır. Millət vəkili Zahid Oruc mətbuatda çıxış edərək bildirdi ki, müharibə vəziyyətində olan ölkənin müdafiə naziri hər hansı siyasətçidən daha böyük nüfuza malik olmalıdır. Bundan daha artığını demək lazımdırmı?"
Şakir
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00