Bu ilin "Dünya Fotoqrafiya Mükafatları"nın qalibləri məlum oldu.
Unikal.org xəbər verir ki, birinci yerə Zimbabveli Tamary Kudita "Afrikalı Viktoriya" portreti ilə sahib çıxıb.
Fotoqraf açıqlamasında portretin böyük məna kəsb etdiyini vurğulayıb:
"Fotoşəkilim kökü tarixə dayanan mövcud varlığa bir ehtiramdır. Əsərimin mərkəzində Afrikanın nümayəndəliyi var".
İkinci yeri isə Dizayn və Fotoqrafiya Akademiyasının tələbəsi Coenraad Heinz Torlage "Cənubi Afrikalı Gənc Fermerlər" seriyası ilə yer tutub.
İlin Gənc Fotoqrafı mükafatı isə hindistanlı 19 yaşlı Pubarun Basuya "Həqiqətən qaçış yoxdur" fotosuna verilib.