Əfqanıstanın Herat əyalətində yerləşən keçid nəzarət postunda minanın partlaması nəticəsində 3 polis əməkdaşı ölüb.
Unikal.org “Tolo News”a istinadən xəbər verir ki, bu barədə əyalətin qubernatoru Seyid Vaid Katali bildirib.
Onun sözlərinə görə, partlayış əyalətin Zindacan qəsəbəsində törədilib.