Ukraynada son sutka ərzində 7930 nəfər COVID-19 virusuna yoluxub, 231 pasiyent dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ümumi yoluxma sayı 2 025 271-ə çatıb, indiyədək 42 323 nəfər virusun qurbanı olub, 1 572 528 xəstə sağalıb.