Somali Silahlı Qüvvələrinin qiyamçı bölmələri paytaxt Moqadişoya giriblər.

Unikal.org xarici  KİV-ə  istinadən xəbər verir ki,  qoşunlar hazırda şəhərin Karan, Yakşid və Xeliva rayonlarındadır. Qoşunların yaxın vaxtda prezident sarayına doğru irəliləyəcəyi bildirilib.

“Dalsan” radiostansiyası Moqadişonun şimalında prezidentə sadiq qüvvələrlə qiyamçılar arasında döyüşlərin getdiyini deyib.