Bağdad şəhərində koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada baş verən yanğında ölənlərin sayı 90 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə A"l-Arabia" telekanalı məlumat yayıb.
Daha əvvəl İraqın Daxili İşlər Nazirliyi "Əl-Xətib" xəstəxanasında ölənlərin sayının 82, xəsarət alanların isə 110 nəfər olduğunu açıqlamışdı.
Yanğına oksigen balonunun partlaması səbəb olub. Ölümlərin əksəriyyəti dəm qazından boğulmadan baş verib.
İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkənin səhiyyə naziri ilə Bağdadın merini işdən çıxararaq onlar haqda araşdırma başladılmasını istəyib. Bağdaddakı xəstəxanda həlak olanların ailələrinin hərəsinə 10 milyon İraq dinarı (təxminən 7 min ABŞ dolları) veriləcək.