Argentinanın paytaxtı Buenos- Ayresdə dəhşətli qətl hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, 23 yaşlı Nikolas Caime sosuial şəbəkədə sevgilisinin fotosunu bəyənən Damian Di Bellanı silahla öldürüb.
Belə ki, bəyənidən profilini tapan Nikolas şəxsi görüşə dəvət edib. Görüşə gələn 25 yaşlı Di Bella qarşılaşdığı mənzərədən şoka düşüb. Nikolas maşında olan Bellaya 11 dəfə atəş açaraq onu qətlə yetirib.
Hadisə yerinə çox sayda polis qüvvələri cəlb olunub. Cinayətkar şəxs saxlanılaraq, polis bölməsinə aparılıb.