Türk iş adamı Emre Tümsek Almaniyada polis zorakılığına məruz qalıb.
Unikal.org xəbər verir ki, Duisburg şəhərində yaşayan 43 yaşlı iş adamı Emre Tümsek, iş yerinin qarşısında polis tərəfindən saxlanılıb. Belə ki, polislə aralarında yarana mübahisədə polis iş adamını yerə yıxaraq, dizi ilə boynunu basılı saxlayıb.
Ətrafdakı insanlar hadisəni anbaan kameraya əks ediblər. İnsanlar polisin bu hərəkətini Corc Floydun ölümünə bənzədiblər. Sosial mediada paylaşılan görüntülər qısa zamanda insanlar tərəfindən yaxşı qarşılanmayıb.