Ukraynanın Rusiyadakı səfirliyinin əməkdaşı “persona non qrata” elan olunub.

Unikal.org-un Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı nota Ukraynanın Moskvadakı səfirliyinə göndərilib.

Ukraynalı diplomat aprelin 30-u günün sonuna qədər Rusiya Federasiyasını tərk etməlidir.

Xatırladaq ki, aprelin 19-da Ukrayna XİN Rusiyanın bu ölkədəki səfirliyinin əməkdaşını “persona non qrata” elan edib.