Cənab Mərdanov, buna nə deyəcəksiniz?!
12:48 01-02-2013
CƏMİYYƏT
Cənab Mərdanov, buna nə deyəcəksiniz?!
Nadir İsrafilov: "Təhsil sistemində rüşvət və korrupsiya Misir Mərdanov nazir
təyin olunduqdan sonra çiçəklənib"
Xəbər verdiyimiz kimi, yanvarın 26-da dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş tərkibli iclası keçirilib. Tədbirdə Prezident Administrasiyasının rəhbəri, komissiya sədri Ramiz Mehdiyev təhsilimizdəki ciddi problemlərə toxunmuş və burada olan korrupsiyanın qarşısının alınması məqsədilə əlavə tədbirlərin daim və davamlı şəkildə həyata keçirilməsinin zəruriliyini qeyd edib.
O, təhsildə həm idarəçiliyin təşkili, həm də məzmunun keyfiyyəti ilə bağlı problemlərin olması, dərsliklərin müasir tələblərə cavab verməməsi və bir sıra digər neqativlikləri vurğulamış, bu halların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac olduğunu qeyd edib. Məsələyə tanınmış təhsil eksperti Nadir İsrafilov münasibət bildirib. Onu oxucuların diqqətinə çatdırırıq.
"Komissiyada səslənən fikirlər indiyədək təhsil ekspertləri və bəzi ziyalılar tərəfindən dəfələrlə mətbuat səhifələrində bildirlib. Amma təhsilimizin başında duran şəxslər deyilənləri sərt təpki ilə qarşılayıblar, hərənin üzərinə bir yarlıq yapışdırıblar: kimini Təhsil Nazirliyindən inciklikdə, kimini qərəzli olmaqda, kimini öz korporativ maraqlarını güdməkdə və s. suçlayıblar. Deyəndə ki, təhsil sistemini rüşvət basıb, məktəblərdə təlim-tərbiyə işi heçə enib, repetitorluğun tüğyan etməsi nəticəsində məktəb mühiti dağılıb, peşə və bağça təhsili yox olub, bu adamlar bizi top-tüfəngə tuturdular. İndi görün, iş nə dərəcədə yoğunlaşıb ki, artıq prezident administrasiyası səviyyəsində məsələyə baxılır. Görək həmin adamlar bunu necə qarşılayacaqlar. İndi ki, bu sözləri biz ekspertlər demirik, dövlətin yüksəkçinli məmurları deyirlər.
Tam məsuliyyətlə bildirirəm: Təhsil sistemində rüşvət və korrupsiya Misir Mərdanov nazir təyin olunduqdan sonra çiçəklənib. Mən uzun müddət həmin sistemdə çalışmış adamam. Mərdanova qədər təhsildə rüşvət deyilən şey yox dərəcəsində idi, korrupsiya haqqında isə yerli-dibli söhbət getmirdi. İndi isə qanunsuz tələbə
köçürmələrindən, təmir-tikinti sahəsində baş alıb gedən korrupsiyalardan tutmuş, məktəblərdə valideynlərdən alınan rüşvətə qədər hər cür yaramazlıqlardan söhbət gedir. Gün-gündən bu biabırçılıqlar azalmaq əvəzinə, dəhşətli dərəcədə artır. Özü də bunlar günün günorta çağı, cəmiyyətin gözü qarşısında baş verir. Mətbuatda təhsilimizdə baş alıb gedən ağlagəlməz əyintilərlə bağlı nə qalıb yazılmasın…
Şükürlər olsun ki, hamımızın arasında təhsilimiz haqqında dolaşan fikirlər bu gün yüksək tribunalardan da səslənir. Gözləyək görək Mərdanov buna nə ad verəcək!".
Digər Xəbərlər
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44