Ermənistanın hakim “Mənim addımım” fraksiyası baş nazir postuna yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, proses parlamentin buraxılması və iyunda növbədənkənar seçkilərin keçirilməsi üçün zəruridir.
Xatırladaq ki, Nikol Paşinyan ölkədə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar aprelin 25-də baş nazir vəzifəsindən istefa verib. Ermənistanda seçkilər iyunun 20-də keçiriləcək.