Əfqanıstanın paytaxtı Kabilin Pagman bölgəsində iki sərnişin avtobusu toqquşub.
Unikal.org xəbər verir ki, qəza nəticəsində 7 nəfər ölüb, 70 nəfər yaralanıb.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen qəzanın sürücülərin səhlənkarlığı səbəbindən baş verdiyini bildirib.