Türkiyəli məşhur aktyor Özcan Dəniz keçmiş həyat yoldaşı Feyza Aktandan şikayətçi olub.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi 10 gündür oğlundan xəbər almadığını bildirib:
"Güvənlik kamerasından bəzi görüntülər gördüm, narahat oldum. Görüntüləri prokurora verdik. Oğlumun doğum günüdür. Onunla birlikdə ola bilmirəm".