Qərbi Kaspi Universitetinin Amerika Management Assosiasiyasının Avropa fililalı (MCE) əməkdaşlıq çərçivəsində menecerlər üçün təklif etdiyi sertifikasiya imtahanına hazırlıq proqramı ilə bağlı infosessiya keçiriləcək.

Unikal.org xəbər verir ki, 5 may saat 15.00-da başlayacaq İnfosessiyada AMA Avropa filialının rəhbər şəxsləri tərəfindən iştirakçılara sertifikasiya proqramı ilə bağlı ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

İnfosessiyada iştirak üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.