İŞİD terror təşkilatının liderlərindən biri, “Basim” ləqəbli Əfqanıstan əsilli terrorçu İstanbulda saxlanılıb.
Unikal.org xəbər verir ki, əməliyyat Türkiyənin Milli Kəşfiyyat Agentliyi və İstanbul terrorla mübarizə polisi tərəfindən həyata keçirilib.
Birgə əməliyyat nəticəsində saxlanılan şəxs İŞİD-in hərbi qruplaşmasının rəhbəri hesab edilir.
Qeyd edək ki, 2014-cü ildən başlayaraq bir çox terror aktlarının törədilməsində təqsirli bilinən “Basim” Suriyadan Türkiyə ərazisinə keçərək İstanbulda saxta pasportla yaşayıb. O, Ataşehir rayonunda ələ keçirilib.
“Basim” ləqəbli terrorçu iki il əvvəl Suriyada öldürülən İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin əsas adamlarından biri olub.