Almaniyanın paytaxtı Berlində 1 May nümayişlərində iştirak edən 240 nəfər saxlanılıb, ən azı 30 polis yaralanıb.

Unikal.org xəbər verir ki, bu barədə RBB telekanalı yerli polisə istinadla məlumat yayıb.

Berlikdə keçirilən aksiyalarda təxminən 30 min nəfər iştirak edib. Nümayişlər əvvəlcə dinc şəraitdə keçsə də, axşam saatlarında polislə qarşıdurma başlayıb. Beləliklə, aksiya iştirakçıları Neuköln bölgəsində polislərə daş, pirotexnika və şüşə butulkalar atıblar. Əraziyə cəlb olunan polislər nümayişçilərə qarşı gözyaşardıcı qazdan istinadə edib.

Ümumilikdə şəhərdə təhlükəsizliyin təmin olunmasına beş mindən çox polis cəlb olunub.