Koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.
Bununla bağlı Unikal.org-a sənətçinin oğlu Rövşən Quliyev açıqlama verib.
O, bildirib ki,atasının səhhətində heç bir dəyişiklik yoxdur: "Hələ də atam, reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq qalır. Süni tənəffüs aparatına qoşulub. Tezliklə sağalmasını ümid edirik".
Qeyd edək ki, Arif Quliyev "Yeni klinika"da müalicəsini davam etdirir.
Gülayə Mecid