İndoneziyanın Kualanamu Beynəlxalq Hava Limanında sərnişinlərdən test nəticəsi  götürən tibbi  ləvazimatların təkrar istifadə edildiyi məlum olub.

Unikal.org xəbər verir ki, bu barədə  sərnişinlər polisə məlumat verib.  Belə ki, ləvazimatlardan ekpertiza götürən mütəxəssislər "yuyulub, yenidən təkrar"edildiyini təsdiq ediblər. 

Polis  Hava limanının tibb şöbəsini məsuliyyət cəlb edib.