Türkiyəli məşhur müğənni Ebru Gündeşlə Azərbaycan əsilli iş adamı Reza Zerrabın evliliyi rəsmən sona çatıb.
Unikal.org xəbər verir ki, 11 il evli olan məşhur cütlüyün səs-küylü boşanma məsələsi razılaşma ilə bitib. R.Zerrab razılaşmalı boşanmanı qəbul edib.
Məhkəmə qərarı ilə övladlarının qəyyumluğu anasına verilib. E.Gündeş qərar veriləndən sonra qızını ABŞ-da yaşan R.Zerrabın yanına aparıb.
Xatırladaq ki, müğənni ərinin ona xəyanət etməsi iddiası ilə məhkəməyə boşanmaq üçün müraciət etmişdi. E.Gündeş ərinin ona xəyanət etdiyi qadınların arasında Hadisənin də adını çəkmişdi.