İsrail polisi Yerusəlimin şərqində iğtişaşlarda iştirak edəcəkləri şübhəsilə 20 nəfər fələstinlini həbs edib.
Unikal.org “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə İsrail polisinin sözçüsü Mixael Zingerman bildirib.
Bundan əvvəl “Maan” xəbər verib ki, ötən gecə Yerusəlimdə baş vermiş iğtişaşlardan sonra polis radikal fələstinlilər arasında həbslərə başlayıb. Həmin vaxt polislə fələstinlilər arasındakı toqquşmalarda Qırmızı Aypara Cəmiyyətinə görə 205, İsrail polisinə görə isə 17 nəfər xəsarət alıb.
Qeyd edək ki, Yerusəlimin şərq hissəsindən bir neçə ərəb ailənin köçürülməsinə dair məhkəmə qərarından narazı qalan fələstinlilər bir həftədən artıqdır ki, etiraz aksiyaları keçirirlər. Fələstin hökumətinin başçısı Mahmud Abbas məsələni BMT Təhlükəsizlik Şurasının gündəliyinə daxil etmək üçün müəyyən tapşırıqlar verib.