Bu gündən Azərbaycanda Ramazan bayramı ilə əlaqədar bir həftəlik tətil başlayıb.
Unikal.org xəbər verir ki, tətil mayın 16-dək davam edəcək.
Bu müddət ərzində dövlət qurumları və ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş həftəsi mayın 16-dan başlayacaq.