Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, Daşnaksütyun Partiyasının rəhbəri İşxan Saqatelyan və Yenidəndoğulan Ermənistan Partiyasının rəhbəri Vaqe Akopyan növbədənkənar parlament seçkilərində birgə iştirakla bağlı memorandum imzalayıblar.
Unikal.org xəbər verir ki, imzalanma mərasimi İrəvanın mərkəzindəki otellərin birində baş tutub.
Yeni blok “Ermənistan” adını alıb.