Türkiyədə son sutka ərzində 283 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 15 min 191 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 31 min 332, pandemiya qurbanlarının sayı isə 43 min 29 nəfərə çatıb.
Türkiyədə indiyədək 4 milyon 716 min 918 pasiyent (son sutkada 25 min 694 nəfər) sağalaraq evə buraxılıb.