Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən əməliyyat zamanı PKK-nın Suriya üzrə rəhbəri, Sofi Nurəddin adlı terrorçu məhv edilib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"PKK və YPG-nin Suriyada gizlənən terrorçularının hər biri zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək", - deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, terrorçu Sofi Nurəddin İraqın Qara bölgəsində 13 mülki insanın qətlə yetirilməsi əmrini verib. O, eyni zamanda Türkiyəyə qarşı bir çox terror aktlarının təşkilatçısı olub.