Azərbaycanlı milyarder, "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərovun "Galactica Super Nova" yaxtası 2021-ci ildə ən aktiv istifadə olunan yaxtalar onluğuna daxil olub. 

Unikal.org xəbər verir ki, bu barədə  məşhur  "Forbes" jurnalı məlumat yayıb.

Belə ki,  70 metrlik yaxta yanvar-mart ayları arasında 11 900 dəniz mili səyahət edib. 

Bildirək ki,  Vahid Ələkbərov 2016-cı ilin fevralında aldığı 19,5 milyon avroluq "Galactica" yaxtası ilə gündəmə gəlmişdi.  Ondan bir ay sonra iş adamı "Galactica Super Nova" yaxtasını sifariş verib. Sözügedən dəniz nəqliyyatı 41 aya hazırlanıb. O, milyarderin özünə məxsus olan Hollandiyanın "Heesen" gəmiqayırma zavodunda tikilib. Yaxtanın təxmin edilən dəyəri 105 milyon dollardır.

Qeyd edək ki, "Lukoil"in əsas səhmdarı olan Rusiya neft maqnatı Vahid Ələkbərov "Forbes" nəşrinin "Rusiyanın ən zəngin 200 iş adamı"nın reytinqində 24.9 milyard dollar sərvəti ilə 4-cü yerdə qərarlaşıb.