Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhərində keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Abbas Zamanov küçəsi 11-19 ünvanında tikinti aparılan binanın qarşısında bir akasiya ağacının kəsildiyi və üstünün torpaqla örtüldüyü məlum olub.

Bu barədə Unikal.org-a Xidmətin rəsmisi Vaqif Cavadov məlumat verib.

Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır.