Amerika aktyoru, "Tarzan: macəraların tarixi" (“Tarzan: The Epic Adventures”, 1996-2000), teleserialında baş rolu oynamış Cozef Lara dünyasını  dəyişib. 

Unikal.org xəbər verir ki,  tanınmış aktyorun ölümünə səbəb avioqəza olub. Belə ki, o, ABŞ-ın Tennessi ştatında baş verən təyyarə qəzasında həlak olub.

Qeyd edək ki, hadisə şənbə günü baş verib. Kiçik mühərrikli “Cessna C501” təyyarəsi ştatın şimalında gölə düşüb, qəza zamanı yeddi nəfər həlak olub. Hakimiyyət orqanlarının məlumatına görə, ölənlər arasında Lara, həmçinin onun xanımı Qven Şamblin də var. Qadın ABŞ-da məşhur dietoloq idi.