Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan növbəti dəfə çıxışı ilə gündəmə gəlib.
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan İkinci Qarabağ müharibəsi zamanı məğlubiyyətə uğramasına haqq qazandırıb.
Növbədənkənar parlament seçkilərinə hazırlaşan Paşinyanın tərəfdarları ilə görüşdə səsləndirdiyi fikir erməni cəmiyyətində ciddi narazılıq doğurub. Belə ki, Paşinyan “Məğlub olduğumuz üçün fəxr edirəm” deyə çıxışında bildirib.