COVID-19 infeksiyasına qarşı vaksin vurduran Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze koronavirusa yoluxub.

Unikal.org  xəbər verir ki, bu barədə “Novosti Qruziya” məlumat yatıb. Bildirilir ki, nazir özünü yaxşı hiss edir. Nazir birinci mərhələ üzrə vaksinasiyadan keçib və ona “AstraZenecа” peyvəndi vurulub. Ona peyvəndin ikinci dozası iyunda vurulmalı idi.

Yeni növ koronavirus infeksiyası ilə bağlı analiz nümunələri müsbət çıxan nazir özünü təcrid rejiminə keçib və işini distant formada davam etdirir.